AZ

Beyin şişinin əlamətləri bunlardır

Şiddətli baş ağrılar, qıcolmalar, uyuşma...

Mütəxəssislər bunları beyin şişinin əlamətləri olaraq qiymətləndirir.

Bəs beyin şişi nədir?

Beyin toxumalarında və onun qişalarında yaranan yenitörəmədir. Beyin kəllə sümüyünün içərisində yerləşir və onun qorunmasını təmin edir. Üstəlik, sümüklərin gücü və hərəkətsizliyi səbəbindən beynin hər hansı bir patologiyası onun toxumalarının sıxılmasına və onun hissələrinin fəaliyyətinin pozulmasına səbəb olur.

Ən pisi isə vazomotor və tənəffüs mərkəzlərinin pozulmasıdır ki, bu da ölümlə nəticələnir. Hətta xoşxassəli şişlər də təhlükəlidir. Onlar toxumalarda böyümür, lakin onları sıxır. Bədxassəlilər həm toxumalara böyüyür, həm də onları xaricdən sıxır. Buna görə də, bütün beyin şişləri müşahidə və cərrahi müalicə tələb edir.

Bədənin müxtəlif yerlərində dərinin həssaslığının pozulması və qusma da sözügedən xəstəliyə daxildir. Həm də yaddaş itkisi, qeyri-sabit yeriş, adi haldan daha sürətli yorğunluq və psixi pozğunluqlar xəstəliyin göstəricisi ola bilər.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
134
missiya.az

1Mənbələr