AZ

Tbilisidə etirazlarda 224 nəfər saxlanılıb — Gürcüstan DİN

Tbilisidə son günlər Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiyalarında 224 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 98 nəfərin inzibati xətalar üzrə işləri Tbilisi şəhər məhkəməsinə təqdim edilib. 74 nəfərin işinə artıq baxılıb, onlardan 36-sı cərimələnib. 34 nəfərə inzibati həbs tətbiq olunub, 4 nəfərə isə xəbərdarlıq edilib.

Digər saxlanılan şəxslər barəsində işlərə məhkəmədə baxılması prosesi davam edir.


Müəllif: Cəmilə Babayeva
Seçilən
13
teleqraf.com

1Mənbələr