İran xarici işlər naziri Abbas Əraqçi Suriyadakı son hadisələri müzakirə etmək üçün Türkiyəyə səfər edib.
Teleqraf.com xeber verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
İranın baş diplomatı Suriyadakı mövcud vəziyyəti Ankarada türkiyəli həmkarı Hakan Fidan və digər rəsmilərlə müzakirə edəcək.
Qeyd edək ki, nazir bundan öncə Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.
Müəllif: Qənirə Süleymanova