AZ

Suriyada döyüşlər: Üsyançılar çoxlu Rusiya və İran texnikasını ələ keçirib...

Ötən həftə Suriyada hökumət əleyhinə olan qüvvələr Hələb şəhəri və Bəşər Əsəd rejimi qüvvələrinin nəzarətində olan digər ərazilərə uğurlu hücuma keçib...

Poliqon "Defense Express" analitiklərinə istinadən xəbər verir ki, bu, son illərdə bu ölkədə genişmiqyaslı və ciddi hərbi əməliyyatların birinci mərhələsidir. Artıq internetdə üsyançı ordunun ələ keçirdiyi qənimətləri əks etdirən çoxlu foto və videolar peyda olub.

Suriyada müxalif qüvvələr tərəfindən ələ keçirilmiş silah nümunələri arasında maraqlı hərbi texnikalar yer alır. Bunlara işlək vəziyyətdə olduğu ehtimal edilən Rusiyaya məxsus "Pantsir-S1" zenit-raket və artilleriya kompleksi, həmçinin tam döyüş sursatı ilə yüklənmiş BM-27 "Uraqan" yaylım atəşli raket sistemi daxildir. Ekspertlərin fikrincə, bu, Suriya hökumət qüvvələrinin silahlarını tələsik şəkildə tərk etdiyini göstərir.

Həmçinin yayımlanan görüntülərdə helikopterlər, üçdən beşə qədər L-39 təyyarəsi və müxtəlif aviasiya bombaları yer alıb. Bu silahların Kveyris aviasiya bazasında ələ keçirildiyi bildirilir.

Əlavə olaraq, müxalif qüvvələrin "Strela-10" zenit-raket kompleksini də ələ keçirdikləri barədə məlumatlar var. Bundan başqa, İran istehsalı olan "Ababil-3" pilotsuz uçuş aparatı və digər silahlar da müxalif qüvvələrin əlinə keçib.

Ümumilikdə, ələ keçirilmiş hərbi texnikalar arasında tanklar, zirehli transportyorlar, haubitsalar və digər ağır texnika nümunələri göstərilib.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr