noyabrın 30-na keçən gecə Sumqayıtda 23 yaşlı qız dəm qazından boğulub. Manset.az “Qafqazinfo.az”-a istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində həyatını itirən Mehriban İsmayılova “Mado” restoranlar şəbəkəsində aşpaz işləyirmiş. Qeyd edək ki, M.İsmayılova hamam otağında ölmüş vəziyyətdə tapılıb. Onun fotolarını təqdim edirik: