Misli Premyer Liqasının XV turuna yekun vurulub.
Apasport.az xəbər verir ki, son oyun günündə “Neftçi” “Qarabağ”la qarşılaşıb.
Görüş ağdamlıların böyükhesablı qələbəsi ilə nəticələnib – 3:0. Bununla da, “ağ-qaralar”ın uğursuz oyunlar seriyası 14-ə yüksəlib.
“Neftçi” çempion olduğu 2020-21 mövsümündən sonra “Qarabağ”a qalib gələ bilməyib. Sonuncu dəfə 2021-ci il mayın 19-da sevinən paytaxt təmsilçisi 1293 gündür ki, qələbə üzünə həsrətdir.
Komanda son 14 oyunda yalnız 1 xal əldə edib. Həmin oyunun üzərindən 644 gün keçib.
“Ağ-qaralar” qalan 13 matçın hamısında məğlub olub. Hətta “Neftçi” bunların yarısında – 7 görüşdə böyükhesabla uduzub.
Keçirilən 14 görüşdə top fərqi 44-8 ağdamlıların xeyrinədir.
19.05.2021 Neftçi - Qarabağ 1:0
12.09.2021 Neftçi - Qarabağ 1:2
30.10.2021 Qarabağ - Neftçi 4:0
07.02.2022 Neftçi - Qarabağ 1:2
21.05.2022 Qarabağ - Neftçi 4:1
01.10.2022 Qarabağ - Neftçi 3:1
02.12.2022 Neftçi - Qarabağ 0:4
27.02.2023 Qarabağ - Neftçi 1:1
02.05.2023 Neftçi - Qarabağ 2:4
08.10.2023 Neftçi - Qarabağ 0:2
18.12.2023 Qarabağ - Neftçi 2:0
03.03.2024 Neftçi - Qarabağ 1:4
04.05.2024 Qarabağ - Neftçi 5:0
20.09.2024 Qarabağ - Neftçi 4:0
01.12.2024 Neftçi - Qarabağ 0:3
İsmayıl Xeyrullayev
De Xea Ərəbistana gedir
Serbiya klubu “Kral klubu”nun rekordunu qırdı
“Liverpul” yeni rekorda imza atdı
AVRO 2024-ün ən gənc millisi: Türkiyə
"Qarabağ" 9, "Neftçi" 22 pillə gerilədi