ABŞ prezidenti Co Bayden oğlu Hanter Baydeni 2014-cü il yanvarın 1-dən 2024-cü il dekabrın 1-dək “törətdiyi və ya edə biləcəyi” cinayətlərə görə əfv edib. Bu barədə Ağ Evin açıqlamasında deyilir.
Əfv sərəncamı Hanter Baydenin təqsirli bilindiyi bütün cinayətləri əhatə edir.
Bayden oğlunun mühakimə olunmasını ədalətin pozulması adlandırıb. O qeyd edib ki, oğlunun silah alışı ittihamları adətən ağır cinayət hesab edilmir, gecikmiş vergilər isə ümumiyyətlə cinayət hesab edilmir, lakin “Hanterə fərqli münasibət göstərildiyi aydındır”.
Hanter Bayden özü isə “asudəliyin ən qaranlıq günlərində etdiyi səhvləri etiraf edib və məsuliyyəti öz üzərinə götürüb”. O, səhvlərdən siyasət adı altında onu və ailəsini “ictimai olaraq alçaltmaq və utandırmaq” üçün istifadə edildiyini bildirib.
“Mən bu gün mənə verilən mərhəməti heç vaxt təbii qəbul etməyəcəm və yenidən qurduğum həyatı xəstə və əziyyət çəkənlərə kömək etməyə həsr edəcəm”, - o deyib.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Hanter Baydenin əfv edilməsini ədliyyə sistemindən sui-istifadə və səhv adlandırıb.
Hanter Baydenlə bağlı təhqiqat 2018-ci ildə onun narkotikdən istifadə edərkən silah aldığı məlum olduqdan sonra başlayıb. Baydenin oğlu silahı alarkən narkotik vasitələrdən istifadə etmədiyi barədə yalan danışmaqda, həmçinin narkotik vasitələrdən istifadə edərkən odlu silaha sahib olmaqda ittiham olunub. Hanter daha sonra vergidən yayınmaqda və saxta vergi bəyannaməsi verməkdə ittiham olunub.
2023-cü ilin yayında Hanter Bayden ABŞ Ədliyyə Departamenti ilə müqavilə bağlayıb, buna görə o, vergi cinayətlərində təqsirli bilinməli idi və bunun müqabilində ona qarşı qanunsuz silah saxlama ittihamı ləğv edilməli idi, lakin müqavilə məhkəmə tərəfindən təsdiq edilmədi.
2024-cü ilin iyununda məhkəmə Hanter Baydeni qanunsuz olaraq silah almaqda təqsirli bilib. 2024-cü ilin sentyabrında Hanter Bayden vergi cinayətlərində günahını etiraf edbi. İş üzrə məhkəmə dekabrın 16-na təyin edilib. Silah alqı-satqısı işində münsiflər heyətinin hökmündən sonra 120 gün ərzində hökm çıxarılması tələb olunurdu. hanter Bayden 25 ilə qədər həbs oluna bilərdi.
İyun ayında Co Bayden “ABC News”a verdiyi müsahibədə oğlu Hanteri əfv etməyi istisna etdiyini və istənilən məhkəmə hökmünü qəbul edəcəyini deyib. Ağ Evin mətbuat katibi Karine Jan Pyer də jurnalistlərin suallarını cavablandırarkən dəfələrlə Baydenin oğlunu əfv etməyəcəyini bildirib.