AZ

Tbilisidə müxalif partiyanın sədri saxlanılıb

Bakı. Trend:

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidəmüxalif "Girçi - Daha çox Azadlıq" partiyasının sədri ZurabCaparidzeni saxlayıblar.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, Z.Caparidze Vake rayonunda,parlament binası qarşısında keçirilən etiraz aksiyasının gecədağıdılmasından sonra bir neçə tərəfdarı ilə birlikdə olarkənsaxlanılıb.

Məlumata görə, müxalifətçinin hansı maddə ilə saxlanıldığıdəqiqləşdirilməyib. Daxili İşlər Nazirliyi hələlik rəsmi şərhverməyib.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Tbilisidə "xaricitəsirin şəffaflığı" haqqında qanun layihəsinə qarşı keçirilənetiraz aksiyaları zamanı hüquq-mühafizə orqanları xüsusi təyinatlıqüvvələrdən və gözyaşardıcı qazdan istifadə edərək aksiyanıdağıtmış və bir neçə nəfəri, o cümlədən Zurab Caparidzenisaxlamışdılar.

Zurab Caparidze Gürcüstanın tanınmış müxalifət siyasətçisidir.O, 2015-ci ildə "Girçi" partiyasının həmtəsisçisi olub və 2020-ciildə "Girçi - Daha çox Azadlıq" partiyasını yaradıb. Z.Caparidze2018-ci il prezident seçkilərində namizəd olub və 2.3 faiz səstoplayıb.

Məqalədə:
Seçilən
16
1
az.trend.az

2Mənbələr