AZ

Yemək yeyərkən smartfonlara baxmayın! –Həkimlərdən xəbərdarlıq

Alimlər yemək süfrəsi ətrafında oturarkən smartfonlardan istifadə etməməyi tövsiyə edib.

Azpost.info “Daily Mail”ə istinadən bildirir ki, Çester Universitetinin fiziologiya üzrə baş müəllimi Qaret Nye xəbərdarlıq edib ki, smartfonlarda zərərli mikroblar nahar süfrənizə düşə bilər. Bunlar qida zəhərlənməsindən dəri infeksiyalarına qədər hər şeyə səbəb ola bilən bakteriyalardır.

“Bunlar əsasən ishal, qusma və digər mədə pozğunluğu kimi mədə-bağırsaq xəstəlikləridir. Bununla belə, immun sistemi zəif olan insanlarda sepsis və ya pnevmoniya kimi çox ciddi infeksiyalara səbəb ola bilər” – deyə doktor izah edib.

Q.Nye “Comare & Recycle” jurnalına smartfonda ola bilən bəzi bakteriya növləri haqqında danışıb.

“Bu, sahibinin nə işlə məşğul olmasından asılıdır. Səhiyyə işçiləri, hətta cəbhə xəttində işləməsələr də, bir sıra bakteriya yetişdirə bilərlər. Bunlardan ən çox yayılanı Pseudomonas aeruginosa (ağır tənəffüs və ya dəri infeksiyalarına səbəb ola bilər) və Acinetobacter baumannii (meningitə səbəb ola bilər) . Qeyri-tibb işçiləri də telefonlarında bakteriya daşıyırlar. Ən çox yayılmış spor bakteriyalarıdır. Qida zəhərlənməsi və digər mədə-bağırsaq problemlərinə səbəb olur. Demək olar ki, bütün telefon səthlərində təhlükəli E. coli və nəcislə bağlı streptokok bakteriyaları ola bilər”-deyə alim vurğulayıb.

Doktor Nyenin sözlərinə görə, bu bakteriyalar adətən öz əlimizlə smartfonlarımıza daxil olur: “Hər gün biz 150-yə yaxın müxtəlif obyektə toxunuruq”.

Azpost.info

Seçilən
9
1
azpost.info

2Mənbələr