AZ

“Bu Türkiyəyə qarşı təxribatdır”

Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar son dövrlərdə NATO-ya üzvlük məsələlərini gündəmə gətirən Cənubi Kiprin başçısı Nikos Xristodulidisi tənqid edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, E.Tatar N.Xristodulidisin Cənubi Kiprdə itirdiyi xalq dəstəyini yenidən qazanmaq üçün yeni gündəmlər yaratmaq istəyində olduğunu bildirib. O, yunan həmkarını "öz xalqını aldatmaqdan əl çəkməyə" və "müəyyən sahədəki reallıqları qəbul etməyə" çağırıb.

O, Tatar Yunanıstan lideri Hristodulidisin Cənubi Kiprdə itirdiyi ictimai dəstəyi geri qaytarmaq üçün yeni bir gündəm yaratmaq istədiyini bildirib.

Cənubi Kiprin Avropa İttifaqına (Aİ) daxilolma prosesindəki kriteriyalara məhəl qoymadığını xatırladan E.Tatar NATO-ya üzvlük prosesinin isə fərqli olduğunu vurğulayıb. Xristodulidisin NATO məsələsində cəsarətli açıqlamalar verdiyini qeyd edən prezident NATO-nun Aİ kimi olmadığını və bu mövzuda Türkiyənin icazəsi olmadan heç bir siyasi qərarın qəbul edilməyəcəyini bildirib.

Nərmin
Milil.Az

Seçilən
30
milli.az

1Mənbələr