Müxalif Suriya Milli Ordusu “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində Tel-Rifat şəhərini PKK/YPG terrorçularından təmizləyib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə “Hurriyet” qəzeti məlumat yayıb.
Qeyd edək ki, “Azadlıq şəfəqi” əməliyyatı dünən səhər saatlarında başlayıb, gün ərzində Tel-Rifat rayon mərkəzi mühasirəyə alınıb. Əməliyyat gecə boyunca davam edib və şəhər PKK/YPG terrorçularından təmizlənib.
Qeyd edək ki, PKK/YPG terrorçuları 2016-cı ildə Rusiyanın da hava dəstəyi ilə Tel Rıfat və ətrafındakı bəzi yaşayış məntəqələrini ələ keçirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Tel Rıfatın PKK/YPG terrorçularından təmizlənməli olduğunu bəyan edib.
Türkiyənin dəstəklədiyi müxalif Suriya Milli Ordusunun növbəti hədəfinin Menbiç olacağı proqnozlaşdırılır. Türkiyə və müxalif Suriya Milli Ordusunun Menbicdən sonrakı hədəflərı isə Türkiyə sərhədindəki Ayn-əl-Ərəb və Qamışlı sayılır. Çünki Türkiyənin məqsədi sərhədləri boyunca 25-30 km enində PKK/YPG terrorçularından təmizlənmiş təhlükəsizlik zolağının yaradılmasıdır.