AZ

Aygün Bəylərin bacısı: Dedi, inanmıram oradan qayıdım

“Toya gedib, görüb halı yoxdur. Səhər həkimə yollanıb. Analiz, yoxlanış, qan, bütün metastaz görünüb. 2020-ci ildə çəkisi 48 kilo olmuşdu. Xəstəliyini bizdən gizlədib. Bir dostundan öyrəndik”.

 

KONKRET.az xəbər verir ki, bunu mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova “Həftənin qonağı” verilişində deyib.

O, bacısının vəsiyyətini də açıqlayıb:

“Dekabrın 31-də tədbirdən ağrı ilə gəldi. Türkiyəyə gedəcəkdi. Dedi ki, inanmıram oradan qayıdım”.

Seçilən
349
konkret.az

1Mənbələr