Tbilisidə etiraz aksiyaları zamanı müxalifətdə olan "Girçi - Daha çox Azadlıq" partiyasının sədri Zurab Caparidze saxlanılıb.
Modern.az bu barədə yerli "Ambebi" portalına istinadən xəbər verir.
Bildirilir ki, Caparidze paytaxtın Çavçavadze prospektindəki Vake rayonunda tutulub, burada parlament binası yaxınlığında keçirilən gecə aksiyasından sonra etirazçılar polisin təqibinə məruz qalıb. Zurab Caparidzenin saxlanmasından əvvəl polislə etirazçılar arasında qarşıdurma olub.
Gürcüstan Daxili İşlər Nazirliyi vəziyyətlə bağlı hələlik şərh verməyib.