AZ

Ebru Gündeş toydan 9 ay sonra dördüncü ərindən boşanır

Türkiyə mətbuatı 50 yaşlı türk şou-biznesinin ulduzu Ebru Gündeşin özündən 12 yaş kiçik iş adamı Murat Özdəmirdən boşanması ilə bağlı xəbərlər yayıb.

Bizim.Media “Gazete Magazin”ə istinadən xəbər verir ki, Ebru Gündeş dördüncü əri ilə aralarında yaranan fikir ayrılıqlarına görə ayrılıb.
 

Nəticədə M.Özdəmir toydan bəri onunla birlikdə yaşadığı Dubayda müğənnini tərk edərək İstanbula qayıdıb.


E.Gündeşin özü isə iş adamından ayrılması ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Qeyd edək ki, M.Özdəmir üçün bu evlilik üçüncü olub. Onun əvvəlki həyat yoldaşlarından üç övladı var.

Türk şou-biznesinin ulduzu üçün isə bu, dördüncü evlilikdir.

Xatırladaq ki, Ebru Gündeşin atası iş adamı Rza Zərrab olan 12 yaşlı Alara adlı qızı var.

Bizim.Media

Seçilən
8
bizim.media

1Mənbələr