AZ

“Milli” kolbasa və sosis istehsalçısı 10 min manat cərimələnəcək – SƏBƏB

“Milli” ticarət nişanı ilə kolbasa və sosis istehsalı ilə məşğul olan “Azprotein Foods Group” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, yoxlama zamanı şirkətin İnzibati Xətalar Məcəlləsinin ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan 239-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

Kolbasa və sosis istehsalçısı ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 9 dekabr tarixində hakim Zamin İbrahimovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “Azprotein Foods Group” MMC şirkəti 2012-ci ildə qurulub. Şirkətin rəhbəri Nazim Səfərovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar

Seçilən
10
1
tribunainfo.az

2Mənbələr