Hurriyyet.az xəbər verir ki, ABŞ-da keçirilmiş prezident seçkilərinin qalibi Donald Tramp Çarlz Kuşneri Birləşmiş ştatların Fransadakı səfiri vəzifəsinə təyin etdiyini bildirib. Çarlz Kuşner Nyu-Yorkda bina tikintisi ilə məşğul olan "Kuşner şirkəti"nin sahibidir.
Kuşner qanunsuz seçki kampaniyasına dəstək, vergidən yayınma və ifadələrin saxtalaşdırılması ittihamları ilə 2005-ci ildə məhkum edilib və buna görə iki il həbs cəzası çəkib. 2020-ci ildə, ilk prezidentlik dövrünün başa çatmasına az qalmış Donald Tramp onu əhv edib.
"Politiko" (Politico) nəşrinin yazdığına görə, Tramp bu barədə sahibi olduğu "Truth Social" sosial şəbəkəsində məlumat verib.
70 yaşlı Çarlz Kuşnerin oğlu Cared Kuşner Donald Trampın qızı İvanka ilə evlidir və Trampın ilk prezidentliyi dövründə onun baş müşaviri olub.
Hürr Tərcüman