Qvineyanın ikinci böyük şəhəri olan Nzerekoredə futbol matçında azarkeşlər arasında qarşıdurma baş verib.
QOL.az xəbər verir ki, bu barədə "Barron's" məlumat yayıb.
Həkimlərdən birinin sözlərinə görə, hadisə nəticəsində 100-ə yaxın insan dünyasını dəyişib. Cəsədlər yerli xəstəxana və meyitxananı doldurub.
Məlumata görə, insidentə səbəb hakimin qırmızı vərəqə göstərməsi və daha sonra komandalardan birinin qapısına penalti təyin etməsi olub. Bundan sonra isə azarkeşlər arasında dava-dalaş yaranıb.