AZ

Moskva və Minsk “Qərb-2025” strateji manevrləri keçirəcək

Rusiya və Belarus hərbçiləri 2025-ci ildə “Qərb-2025” strateji təlimini keçirməyə hazırlaşır.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Baş İdarəsinin rəisi İvan Buvaltsev məlumat verib.

“Yeni ildə döyüş hazırlığı tədbirləri elə planlaşdırılıb ki, onlar 2025-ci ildə Rusiya və Belarus silahlı qüvvələrinin “Qərb-2025” birgə strateji təlimi olacaq”, - idarə rəisi deyib.

Sonuncu dəfə “Qərnb” manevrləri 2021-ci il sentyabrın 9-dan 15-dək Rusiya və Belarus ərazisində keçirilib. Təlimə 200 minə qədər hərbi qulluqçu, 80-ə yaxın təyyarə və helikopter, 760-a qədər hərbi texnika, o cümlədən 290 tank, 240 silah, reaktiv yaylım atəş sistemi və minaatan, həmçinin 15-ə qədər gəmilər cəlb edilib.

Birgə manevrlərdə Rusiya və Belarus ordularının nümayəndələri ilə yanaşı, Ermənistan, Hindistan, Qazaxıstan, Qırğızıstan və Monqolustandan olan hərbi qulluqçular da iştirak ediblər. Özbəkistan, Pakistan və Şri-Lankanı təlimlərdə qərargahın tərkibinə daxil olan zabitlərdən ibarət əməliyyat qrupları təmsil edib. Çin, Vyetnam və Myanma nümayəndələri manevrlərə müşahidəçi qismində qatılıblar.

Ümumilikdə, yaradılmış koalisiya qoşun qrupunun tərkibində “Qərb-2021” təlimlərində həmin ölkələrdən 2000-ə yaxın hərbçi iştirak edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
14
herbiand.az

1Mənbələr