Qvineyada futbol matçında azarkeşlər arasında baş verən qarşıdurma nəticəsində yüzlərlə insan ölüb.
Publika.az xəbər verir ki, hadisə Nzerekore şəhərində keçirilən final matçında, "Nzerekore" və "Labe" komandalarının oyununda baş verib. Bu barədə AFP məlumat yayıb.
Mənbənin sözlərinə görə, münaqişə komandalardan birinin xeyrinə mübahisəli penalti təyin edildikdən sonra yaranıb. Azarkeşlər hakimin qərarını ədalətsiz hesab edərək, meydançaya giriblər və daş atmağa başlayıblar. Bu da qarşıdurmaya səbəb olub.
“Hökumət futbol matçına xələl gətirən insidentdən təəssüflənir. İzdiham nəticəsində insan tələfatı var. Hökumət vəziyyəti izləyir və zərərçəkənlərə ilk tibbi yardım göstərən xəstəxana xidmətlərinə mane olmamaq üçün bir daha sakitliyə çağırır”, - deyə baş nazir Amadu Ouri Ba sosial media səhifəsində yazıb.