AZ

Zaxarova: Bu, “demikratiyanın karikaturası”dır

ABŞ Prezidenti Co Baydenin oğlu Hunteri iki məhkəmə prosesi üzrə əfv etməsi demokratiyanın karikaturasıdır. Bu barədə dekabrın 2-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “İzvestiya”ya bildirib.

O deyib: “Bu, demokratiya haqqında cizgi filmidir”. 

Co Bayden həftəsonu  Şükran Günü ilə bağlı oğlunu əfv etmək qərarına gəlib. Buna reaksiya verən Hunter Bayden həyatını məhrumiyyətə uğramış insanlara kömək etməyə həsr etmək niyyətində olduğunu bildirib.

Dekabrın 1-də Hunter Baydenin vəkilləri ABŞ-nin seçilmiş prezidenti Donald Trampın qələbəsi ilə əlaqədar onun gələcəyinə təhlükə olduğunu açıqlayıblar. Dəqiqləşdirilib ki, Tramp Hunteri “düşmənlər siyahısına üzv” adlandırıb. Onun komandasının üzvləri də bildiriblər ki, Tramp daha sərt mövqe tutmasa, “intiqamını prokurorlardan ala bilər”.

Sentyabrda Hunter Bayden vergidən yayınma cinayəti üzrə doqquz, iyunda isə silah saxlamaq üzrə üç cinayət faktı üzrə təqsirli bilinib.

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
27
xalqqazeti.az

1Mənbələr