AZ

“Alma” yükündən külli miqdarda narkotik vasitə aşkar edilib (FOTO)

Bakı. Trend:

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən AzərbaycanRespublikasının ərazisindən tranzit keçməklə İran İslamRespublikasından Rusiya Federasiyasına “alma” yükü aparan nəqliyyatvasitəsinə stasionar rentgen qurğusu vasitəsilə gömrük baxışıkeçirilib.

Bu barədə Trend-ə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələrİdarəsindən məlumat verilib.

Bildirilib ki, nəqliyyat vasitəsinin qoşqusunun təsvirlərindəşübhəli cizgilər müşahidə olunduğundan yük kinoloji xidmət itinintətbiqi ilə yoxlamaya cəlb edilib.

Yoxlama zamanı xidməti itin reaksiyasına əsasən 12 paletinaltlığında gömrük nəzarətindən gizlədilmiş düzbucaqlı formalı 105bağlamada xalis çəkisi 31 kq 805 qr narkotik vasitə - marixuanaaşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

“Alma”
“Alma”
“Alma”
“Alma”
Məqalədə:
Seçilən
44
12
az.trend.az

10Mənbələr