İsrailin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu ABŞ-nin 47-ci prezidenti seçilən Donald Trampla Qəzza zolağında israilli məhbusların azad edilməsini müzakirə edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,Tramp və Sara Netanyahu Floridada şam yeməyində görüşüblər. Görüşlə bağlı sosial media hesabından açıqlama verən Netanyahu ABŞ və İsrail arasındakı dostluq və əlaqələri müzakirə etdiklərini bildirib.
Netanyahu qeyd edib ki, o, Qəzzadakı israilli məhbusların vəziyyətini də gündəmə gətirib və bu məhbusların azad edilməsi üçün təcili tədbirlər görülməli olduğunu Trampa çatdırıb. Tramp və Sara Netanyahunun fotosu sosial mediada reaksiyalar alır. Bəzi istifadəçilər “Qatil İsrail” şərhini yazarkən, bəziləri Trampa “Niyə bu qadınla görüşdün?” sualını verib.
Gülayə Mecid