AZ

Co Bayden oğlu Hanteri əfv edib - Rusiyadan atmaca

ABŞ prezidenti Co Bayden qanunsuz silah saxlama və vergidən yayınma hallarına görə barəsində dekabr ayında məhkəmə qərarı çıxarılacaq oğlu Hanteri əfv edib.

Ölkə.Az xəbər verir ki, prezident Baydenin bu qərarını Ağ Evin mətbuat xidməti yayıb. Əfv həm Hanter Baydenin mümkün məhkumluğunu, həm də potensial günah etirafını əhatə edəcək. 

Hanter Bayden barəsində qanunsuz silah saxlamaya görə məhkəmə hökmünün dekabrın 12-də, vergidən yayınma hallarına görə dekabrın 16-da çıxarılacağı gözlənilirdi.

Co Bayden əlavə edib ki, oğlunu əfv etmək qərarını çox düşündükdən sonra verib və bunun təkcə qohumluq əlaqələri deyil"Mən ədalətə inanıram, amma inanıram ki, siyasət bu prosesə nüfuz edib və ədalətin pozulmasına gətirib çıxarıb", - ABŞ prezidenti deyib.

Qeyd edək ki, sentyabr ayında Hanter Bayden doqquz vergi cinayətinin hamısında günahını etiraf edib. Amerika mediası yazıb ki, milli qanunvericiliyə uyğun olaraq, iş üzrə müttəhimə qarşı irəli sürülən ittihamlar 17 ilə qədər həbs cəzası nəzərdə tutulur. Hanter Baydenə qanunsuz silah gəzdirmə cinayətə görə ABŞ qanunlarına əsasən maksimum cəza 25 il həbs və 750 min dollar cərimə nəzərdə tutulur.

Rusiyax XİN təmsilçisi Mariya Zaxarova isə bu qərarı demokratiyanın karikaturası adlandırıb.

Mürtəza
Ölkə.Az

Seçilən
10
olke.az

1Mənbələr