Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Avropa ölkələrinin Ukraynaya hərbi personal göndərməsini mümkün sayıb.
Bir gün əvvəl, vəzifədə rəsmi təsdiqindən dərhal sonra o, Avropa Şurasının diplomatik xidmətinin yeni rəhbəri Antonio Kosta ilə birlikdə Kiyevə gedib. “Bu günə kimi hansı ölkələrin Ukraynaya öz hərbi qüvvələrini göndərməyə hazır olması müzakirə olunurdu. Düşünürəm ki, heç nəyi istisna etməyə və strateji məsələlərdə qeyri-müəyyənliyə yol verməyə ehtiyac yoxdur”.
Xanım Kallas təklif edib ki, Ukrayna münaqişəsinin tərəfləri atəşkəslə bağlı razılığa gəlsələr, Aİ öz rolunu oynaya bilər. Avropa komissarı eyni zamanda vurğulayıb ki, “bu məsələdə seçim istənilən halda Ukraynada qalır”. Bundan əvvəl oxşar fikri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da səsləndirmişdi. O, CNN telekanalına müsahibəsində demişdi ki, ərazi güzəştləri ilə bağlı mövqeyini Ukrayna özü bildirməlidir.
Xatırladaq ki, keçən həftə Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynada nizamlanma perspektivlərini dəyərləndirərkən, bunun üçün müəyyən mərhələdə Avropa ölkələrindən sülhməramlılara ehtiyac ola biləcəyi barədə fikir bildirmişdi.
//Samir Qurbanov, Editor.az