AZ

Çay içərkən yanında bunu qəti yeməyin:  Bədəndəki dəmiri yox edir

Çay Çay içərkən yanında bunu qəti yeməyin:

Dəmirlə zəngin qidalar qəbul edərkən çay içməyin orqanizmin bu faydalı mineralı daha az mənimsəməsinə səbəb ola biləcəyi məlum bir həqiqətdir. Bundan əlavə, çox çay içmək də dəmir çatışmazlığı problemlərinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, çay yeməklərin əvəzolunmaz müşayiəti olsa da, bəzi qidalarla birlikdə istehlak edildikdə bədəndə dəmirin sorulmasına mənfi təsir göstərə bilər. Mütəxəssislər, xüsusilə dəmir çatışmazlığı riski olan insanlara çay istehlakı ilə bağlı xəbərdarlıq edir.

Çayın tərkibindəki tanin adlanan maddələr dəmir mineralları ilə birləşərək onun udulmasını azaldır. Xüsusilə ispanaq, qırmızı ət, mərcimək, lobya, süd, qoz-fındıq kimi dəmirlə zəngin qidalar çayla eyni vaxtda istehlak edilərsə, bu ciddi problem ola bilər.

Bundan əlavə, C vitamini ilə zəngin tərəvəz və meyvələri istehlak edərkən çay içmək də dəmirin udulmasını poza bilər.

Bu təsirin qarşısını almaq üçün mütəxəssislər əsas yeməklərdən ən azı bir saat sonra çay içməyi məsləhət görürlər.

Dəmirin udulmasını artırmaq istəyənlər dəmirlə zəngin yemək zamanı limonlu çay içməyi və ya çay yerinə su seçməyi düşünə bilərlər.

Dəmir çatışmazlığı yorğunluq, zəiflik və immunitet sisteminin zəifliyi kimi ciddi problemlərə səbəb ola biləcəyi üçün çay istehlakı vərdişlərinə diqqət yetirilməsi böyük əhəmiyyət kəsb edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
27
e-saglam.az

1Mənbələr