2024-cü ildən etibarən smartfon bazarında bir çox variant var. Bu, bəzən yeni model almaq istəyənlər üçün çaşqınlıq yarada bilər. Satın almadan əvvəl istifadəçi ehtiyaclarını nəzərə almaq və buna uyğun qərar vermək çox vacibdir.

İndex.az xəbər verir ki, “DxOMark”a görə, ən yaxşı batareya performansına malik telefon 160 balla bu ilin əvvəlində təqdim edilən “OPPO Find X7 Ultra” olub. 5.000 mAh batareya ilə işləyən modeli 157 xalla eyni dövrdə təqdim edilən “Honor Magic 6 Pro” izləyib.

“Honor Magic 6 Lite” ən uzun batareya ömrünə malik smartfonlar siyahısında üçüncü yeri tutur. 156 bal toplayan cihazın batareyası 5800 milliamper/saat təşkil edir. “Honor X9b” dördüncü yerdədir. 156 balla smartfonun batareya tutumu 5800 milliamper/saat təşkil edir.

 

Cihaz Batareya xalı
OPPO Find X7 Ultra 160
Honor Magic 6 Pro 157
Honor Magic 6 Lite (5.800 mAh) 156
Honor X9b 156
Honor Magic5 Lite 5G 152
Honor X7b 151
Oppo Find X6 Pro 151
Honor Magic6 Lite (5300 mAh) 150
Honor X7a 147
Oppo Reno12 Pro 147
Realme GT Neo 5 (240W) 147
Oppo Reno6 5G 146
Honor 200 145
Honor 200 Pro 145
OPPO Reno 12 144
realme GT Neo 2 5G 144
Honor X9a 143
Galaxy S23 Ultra 142
Honor Magic 5 Pro 141
OPPO Reno 8 5G 141