AZ

Avropa İttifaqı Kiyevə kömək vəd etdi

Avropa İttifaqı Ukraynaya dəstək olmaqda davam edəcək. 

“Cebheinfo.az” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Avropa Şurasının sədri Antonio Kosta Aİ-nın Ukraynaya humanitar, iqtisadi və hərbi dəstəyi davam etdirəcəyini, o cümlədən Ukrayna büdcəsinin dayanıqlığını təmin etmək üçün əlavə 4,2 milyard avro (4,4 milyard dollar”) ayıracağını bəyan edib. 

Yenicə vəzifəsinə başlayan və ilk səfərini Kiyevə edən Kosta Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuat konfrasında bildirib ki, Aİ hər zaman Ukraynanın yanında olacaq və Kiyevin bütün ehtiyaclarını qarşılamağa çalışacaq. 

“Biz işğalçı müharibənin ilk günündən sizinləyik və sizinlə birlikdə olmağa davam edəcəyiz. Aİ olaraq Ukraynaya humanitar, iqtisadi, diplomatik, hərbi və enerji yardımlarını davam etdirəcəyik”, - deyə Kosta vurğulayıb. 

“Bu ay Avropa İttifaqı Ukrayna büdcəsini dəstəkləmək üçün Ukraynaya əlavə 4,2 milyard avro verəcək. Bundan əlavə, gələn aydan etibarən biz tam il ərzində hər ay 1,5 milyard avro yardım göstərməyi planlaşdırırıq. Bu pullar Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən gəlir və hərbi məqsədlər üçün də istifadə oluna bilər”, - deyə Kosta əlavə edib. Avropa Şurasının sədri Ukraynanın Avropa ailəsinin parçası olduğunu və Ukraynanı Aİ-nin üzvü kimi görməyi səbirsizliklə gözlədiyini bildirib. 

Seçilən
8
cebheinfo.az

1Mənbələr