Milli Məclisin sədr müavini Musa Qasımlı Yardımlı rayonunun Peştəsər kəndində şəhid kəşfiyyatçı Şahlar Nəzərovun atası Yaşar Nəzərovun yas mərasimində iştirak edib.
Redaktor.az xəbər verir ki, M.Qasımlı mərhumun ailə üzvləri ilə görüşərək onların sosial rifahı ilə də maraqlanıb.
Qeyd edək ki, şəhid atası Yaşar Nəzərov noyabrın 27-də Bakıda müalicə aldığı klinikada vəfat edib. Y.Nəzərov səhhətində yaranan problemlərə görə bir müddət müalicə olunub. Lakin bu dəfə ürəyində yanan problem səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, əfsanəvi kəşfiyyatçı, baş leytenant Şahlar Yaşar oğlu Nəzərov 2017-ci ilin fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində ermənilərin Füzuli-Xocavənd istiqamətində təxribat cəhdlərinin qarşısını alarkən dörd hərbçi yoldaşı ilə birlikdə qəhrəmancasına şəhid olub. Şəhid olduqdan iki ay sonra zabitimizin əkiz oğulları - Yaşar və Şahlar dünyaya gəlib.
Vasif ƏLİHÜSEYN