MİT daha bir PKK liderini zərərsizləşdirdi
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Tel Rıfat şəhərində növbəti əməliyyat keçirib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının qırmızı bülletenlə axtarışda olan qondarma liderlərindən “Yaşar Hakkari” kod adlı Yaşar Çekiki zərərsizləşdirilib.
Məlumata görə, 1993-cü ildə terror təşkilatına qoşulan terrorçu 2010-cu ildə 6 əsgərin şəhid olduğu Hakkarinin Çukurca rayonunda Hantepe Jandarma Bölməsinə qarşı terror aktı təşkil edib. O, həmçinin 2011-ci ildə 24 əsgərin şəhid olduğu Çukurca Jandarma İctimai Asayiş Komando Bölük Komandanlığına, həmçinin 1 əsgərin şəhid olduğu Çukurca 1-ci Mexanikləşdirilmiş Piyada Batalyon Komandanlığına terror hücumları planlaşdırıb.