Gürcüstan müxalifəti etiraz aksiyalarında gəncləri qurban verir və bu da kənardan “bossların” tapşırığı ilə olur.
Missiya.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
“Müxalifsiyasətçilərinin məsuliyyəti çox böyükdür - onlar, əlbəttə ki, özlərini nəyə cəlb etdiklərini başa düşürlər. Amma “bosslarının” tapşırığıdır və bundan imtina etmək sadəcə mümkün deyil, agentin taleyi belədir... Ən acınacaqlısı odur ki, insanları, o cümlədən gəncləri qurban verirlər”, - deyə, Baş nazir hökumətin iclasında deyib.
Dekabrın 2-nə olan məlumata görə, Gürcüstanda etiraz aksiyaları zamanı 200-dən çox adam saxlanılıb. Ölkə polisinin məlumatına görə, 98 nəfərə qarşı qaldırılan işlərin materialları artıq məhkəməyə təqdim edilib. Respublika Daxili İşlər Nazirliyinin qeyd etdiyi kimi, aksiyalar zamanı 113 polis əməkdaşı yaralanıb. Onlardan dördü tibb müəssisələrindədir.
ElcanMissiya.Az