İslandiyada keçirilən ümumi seçkilərdə Sosial Demokrat Alyansı 63 yerlik parlamentdə 15 yer qazanaraq birinci olub.
"Cebheinfo.az" xəbər verir ki, noyabrın 30-da İslandiyada keçirilən seçkilər nəticəsində 2021-ci il seçkilərində 9 faiz səslə 6 millət vəkili qazanan Sosial Demokrat Alyansı yüzdə 21-dən çox səslə deputat sayını 15-ə çatdırıb.
Son dörd seçkidə birinci olan hakim İstiqlal Partiyası 19 faiz səs toplasa da, deputatlarının sayı 16-dan 14-ə enib.
7,8 faiz səs toplayan hakim partnyor Tərəqqi Partiyasının deputatlarının sayı 13-dən 5-ə endiyi halda, digər koalisiya üzvü Yaşıl Sol Partiyası parlamentə heç bir deputat gətirə bilməyib.
İslahat Partiyası 30 noyabr seçkilərində 11 deputat qazanaraq parlamentdə 3-cü ən böyük qrupu yaradıb.
Seçkilərin nəticələrinə görə, Sosial Demokratlar Alyansının 36 yaşlı lideri Kristin Mjöll Frostadottirin parlamentdə çoxluğu əldə etmək üçün koalisiya danışıqlarına başlayacağı gözlənilir.