"Fiorentina"nın futbolçusu Edoardo Bovenin son durumu bəlli olub.
İdman.biz xəbər verir ki, bununla bağlı məşhur insayder Fabrizio Romano paylaşıb edib.
22 yaşlı futbolçu xəstəxanada özünə gəlib: huşu yerindədir və suallara cavab verir.
Bovenin beyin və ürəyində problemin qalmadığı, səhhətinin yaxşılaşmağa doğru getdiyi bildirilir.
Qeyd edək ki, A seriyasının 14-cü turunda “İnter”lə oyunun 16-cı dəqiqəsində hesab 0:0 olarkən Bove huşunu itirib. "Fiorentina"lı təcili tibbi yardım maşını ilə yaxınlıqdakı klinikalardan birinə çatdırılıb və matç yarımçıq dayandırılıb.
İdman.biz