AZ

Pribaltika respublikaları Gürcüstan rəhbərliyinə sanksiyalar elan edib

Litva, Latviya və Estoniya hakimiyyəti Gürcüstan rəhbərliyinə qarşı məhdudiyyətlərin tətbiq olunduğunu elan edib.

Editor.az xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyinin rəhbəri Qabrielius Landsbergis bildirib. O qeyd edib ki, Gürcüstanda etirazları yatıranlara qarşı sanksiyalar tətbiq edilib. Nazir Gürcüstan rəhbərliyini “demokratiyanın əleyhdarları və insan haqlarını pozanlar” adlandırıb. Estoniya Xarici İşlər Nazirliyi bildirib ki, tətbiq edilən məhdudiyyətlər “özünü Gürcüstan hökuməti elan edən hökumətə” qarşı yönəlib.

Xatırladaq ki, sanksiyalar Aİ-yə üzvlüklə bağlı danışıqların 2028-ci ilə qədər təxirə salınması qərarı ilə əlaqədar Tbilisidə bir neçə gündür ardıcıl olaraq keçirilən etiraz aksiyaları fonunda tətbiq edilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
9
14
editor.az

10Mənbələr