AZ

Yens Stoltenberq Ukraynanı atəşkəs naminə Rusiya tərəfindən işğal edilən ərazilərdən imtina etməyə çağırdı

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq hesab edir ki, Ukraynada müharibənin ərazi itkiləri olmadan tezliklə başa çatması qeyri-realdır və sülhə nail olmaq üçün Kiyev işğal edilən ərazilərdən imtina etməlidir.

“Welt” yazır ki, o, belə bir həllin “müvəqqəti” olacağını qeyd edir. “Əgər atəşkəs xətti Rusiyanın bütün işğal etdiyi ərazilərə nəzarəti davam etdirməsi deməkdirsə, bu o demək deyil ki, Ukrayna bu ərazidən həmişəlik imtina etməlidir”, – Stoltenberq bildirib.

Eyni zamanda, o, vurğulayıb ki, Ukraynanın ərazilərinin müvəqqəti verilməsi müqabilində təhlükəsizlik zəmanəti alması vacibdir. Məsələn, bu, NATO-ya üzvlük ola bilər, lakin “ukraynalıları silahlandırmaq və dəstəkləmək üçün başqa yollar” da var.
Stoltenberq Ukrayna prezidenti Vladimir Zelenskinin atəşkəs halında heç bir ərazini Rusiyaya verməmək tələbini dəstəkləyib, lakin Ukraynadakı hərbi vəziyyətə görə bunu mümkünsüz hesab edir. “Bizə atəşkəs lazımdır və təbii ki, bu xətt Rusiyanın hazırda nəzarət etdiyi bütün əraziləri əhatə etməlidir, lakin yaxın gələcəkdə bunun tamamilə real olmadığını görürük”, – deyə NATO-nun keçmiş baş katibi bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
25
editor.az

1Mənbələr