AZ

Mask da Baydenin əfv qərarını tənqid etdi

Mask: "Bayden oğlunu əfv etməklə ABŞ-ın bütövlüyünü şübhə altına aldı".

Turkustan.az xəbər verir ki, amerikalı iş adamı İlon Mask dekabrın 2-də ABŞ prezidenti Co Baydenin oğlu Hunteri əfv etmə qərarını tənqid edərək , bu qərarın ABŞ-ın bütövlüyünü şübhə altına aldığını qeyd etdi .

"Narkotiklərə əhəmiyyət vermirəm, amma ABŞ-ın bütövlüyünü şübhə altına almaq normal deyil" - deyə, Mask X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bidlirək ki, Bayden dekabrın 1-i oğlu Hunteri əfv etmək qərarına gəlib. O qeyd edib ki, Hunter kimi işlər adətən daha yumşaq tədbirlərlə həll olunur, lakin onun “Konqresdəki opponentləri” Amerika liderinin prezidentliyinə qarşı ittihamlardan istifadə ediblər. Bayden oğlunun sırf siyasi təzyiqə görə hədəf alındığını vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
204
turkustan.az

1Mənbələr