AZ

MƏMMƏD ARAZA MƏKTUB- MUSA ƏLƏKBƏRLİDƏN!

Dekabrın ikinci həftəsində Xalq şairi Məmməd Arazın doğum günü qeyd ediləcək... Tanınmış şair Musa Ələkbərli aşağıda təqdim etdiyimiz bu şeiri bir zamanlar "Əmi" dediyi Məmməd Araza Dövlət mükafatı verilməyəndə yazmışdır.

"Təzadlar" aşağıda təqdim edir:

"MƏMMƏD ARAZA MƏKTUB

Bir qartal var qayaların zirvəsində

Dağlar,daşlar silkələnir qıy səsindən.

Yerlər,göylər şövqə gəlir həvəsindən

Duruşunda bir şikəstə,bir bayatı.

Məmməd Araz,budu şair mükafatı!

Bir palıd var-meşələrin şah palıdı,

Çəngələyər hər budağı bir buludu.

Kökü itib dərinlikdə-

Ömürbudu,

Kölgəsində neçə-neçə ağac yatır,

Məmməd Araz budu şair mükafatı!

Yorğun-arğın bir cay axır lilli-lilli,

Bulaq-bulaq qovuşdurur ysz nisgili.

Milyonların göz yaşıdır suyu,seli

Bir torpağı,bir milləti bölür,çatır,

MəmədAraz budu şair mükafatı!

Bir ümman var, hər dalğası bir dağ olur,

Nəğməsindən könül yarpaq-yarpaq olur.

Dalğalansa hay salırlar yox ağ olur,

Neçə gölün,gölməçəni səsi batır,

Məməd Araz budu şair mükafatı!

Bir insan var Vətəninin vətən daşı,

Qeylü-qaldan açılmayır onun başı

Qiymətini hesablayan Vətən çaşır.

Sinəsində bir xəzınə-qızıl yatır,

Məmməd Araz budu şair mükafatı!

Bir şair var ihamına yer qabaddı,

Özü kükrək,səsi ötkəm,sözü addı,

Araz dərdli Vətən ona mükafatdı,

Sür daşlığa büdrəməsin köhlən atın,

Məmməd Araz budu şair mükafatı!!!

23.09.1982".

Xalq şairimizi hörmətlə yad edirik!

Seçilən
19
tezadlar.az

1Mənbələr