AZ

Rusiya qoşunları Suriyanın Həma şəhərini tərk edib və Dəməşqdən qaçır

Suriyadakı Rusiya qüvvələri Həma şəhərini tərk edib. Həmçinin Rusiya hərbçiləri və diplomatları təcili olaraq Dəməşqdən təxliyə edilir.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə istinadən məlumat yayıb.

Kəşfiyyatın qeyd etdiyi kimi, müxalif qüvvələr aktiv şəkildə Suriyanın cənubuna doğru irəliləyirlər;

BKİ Rusiya qoşunlarının Həmadan qaçaraq Xmeymim bazasına təxliyə edildiyini bildirib. Rusiyalıların Xmeymimdə yerləşən koordinasiya qərargahının rəhbəri general-polkovnik Aleksandr Juravlyov vəziyyətin Bəşər Əsəd rejiminin nəzarətindən çıxdığını bəyan edib.

"İlk silahlı iğtişaş Dəməşqdə başladı - Rusiya hərbçiləri və diplomatları dərhal və təcili olaraq Suriyanın paytaxtını tərk etməyə başladılar", - hesabatda deyilir.

UBKİ əlavə edir ki, ruslar da Xan Şeyxun şəhərindəki hərbi bazadan qaçaraq orada xeyli silah və texnika arsenalını qoyublar. Dekabrın 1-də Rusiya aviasiyası Xan Şeyxun bölgələrinə zərbələr endirib.

Hücumda məqsəd artıq müxalif qüvvələrə qalan Rusiya texnikasını məhv etməkdir.

QAZİLER,AZ

Seçilən
11
qaziler.az

1Mənbələr