İran İslam Respublikası, “Hicab və İffət” adlı yeni qanunun son mətnini yayımlayıb. Bu qanuna görə, məcburi hicab qaydalarına tabe olmayan şəxslərə 165 milyon tümənə qədər cərimə tətbiq ediləcək. Bundan əlavə, kişilərin geyimi ilə bağlı da xüsusi qaydalar müəyyən edilib.
Parlamentin sədri Məhəmmədbagir Qalibaf, qanunun rəsmi olaraq 23 Azər tarixində qüvvəyə minəcəyini elan edib. Mətbuatın verdiyi məlumata əsasən, qanunun tam adı “Ailə Dəstəyinə Hicab və İffət Mədəniyyətinin Təbliği Yolu ilə”dir və onun son mətnində beş əsas bölüm yer alıb: ümumi müddəalar, icra qurumlarının ümumi və xüsusi vəzifələri, ictimai məsuliyyətlər, həmçinin cinayət və hüquq pozuntuları.
Qeyd edək ki, bu qanun layihəsi ilk dəfə 2022-ci ilin may ayında İran məhkəmə sistemi tərəfindən hazırlanmağa başlanmış və indiyədək bir neçə fərqli versiyası təqdim olunmuşdu. İctimaiyyət və hüquq müdafiəçiləri tərəfindən ciddi tənqidlərə məruz qalan qanunun, cəmiyyətdə əlavə narazılıqlar yaratma ehtimalı yüksəkdir.
visiontv.az