AZ

Tbilisidə etirazlarda 200-dən çox insan saxlanılıb

Tbilisidə dörd gün ərzində keçirilən etiraz aksiyalarında ümumilikdə 224 nəfər saxlanılıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılanlar polisə tabe olmamaqda və xırda xuliqanlıqda ittiham olunurlar. Artıq 36 nəfər məhkəmə tərəfindən cərimələnib, daha 34 nəfər inzibati həbs edilib. Ümumilikdə məhkəməyə 98 nəfərlə bağlı materiallar daxil olub.

Polisdən bildirilib ki, istintaq çərçivəsində iki etirazçı (2003 və 2007-ci il təvəllüdlü) cinayət məsuliyyətinə cəlb edilib. Onlar polis əməkdaşlarına hücum etməkdə və yanğın törədərək əmlaka (o cümlədən bələdiyyə mülkiyyətinə) ziyan vurmaqda ittiham olunurlar. Bu ittihamların cəzası yeddi ilə qədər həbsdir.

Həmçinin polisin məlumatına görə, aksiyalar zamanı Daxili İşlər Nazirliyinin 113 əməkdaşı xəsarət alıb, onlardan dördü tibb müəssisələrindədir.

Daxili İşlər Nazirliyi bəyan edib ki, aksiya iştirakçıları polisin xəbərdarlığına baxmayaraq, “dəfələrlə təxribat törədiblər”, Rustaveli prospektində yerləşən parlament binasına və infrastruktura ziyan vurublar.

Seçilən
18
buta.media

1Mənbələr