AZ

“Güləş ulduzları liqası”nın azərbaycanlı çempionu: “Böyüklər arasında ilk qızıl medalı qazandım”

"Böyüklər arasında ilk qızıl medalı qazandım".

İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında Qazaxıstanın paytaxtı Astanada keçirilən “Güləş ulduzları liqası”nda qızıl medal qazanan azərbaycanlı sərbəst güləşçi Ağanəzər Novruzov (74 kq) deyib.

19 yaşlı idmançı güclü rəqiblərlə qarşılaşdığını söyləyib:

“Güclü yarış idi. Turnirə təlim-məşq toplanışından sonra qatılmışdım deyə hədəfim çempionluq idi. Rəqiblərim arasında Rusiya, Qazaxıstan və Özbəkistanın ən yaxşı güləşçiləri yer almışdılar. Təşkilatçılıq da yüksək səviyyədə idi. Bu yarış hər il keçirilir. İlk dəfə idi orada iştirak edirdim. Böyüklər arasında ilk qızıl medalı qazandım”.

Novruzov dekabrda keçiriləcək Azərbaycan çempionatındakı hədəflərini açıqlayıb:

“Dekabrın 24-də Azərbaycan çempionatı keçiriləcək. Bu yarışda da birinciliyi hədəfləmişəm”.

Qeyd edək ki, Ağanəzər Novruzov “Güləş ulduzları liqası”nın finalında özbəkistanlı Mirzo Xaitova 4:1 hesabı ilə qalib gəlib.

İdman.biz

Seçilən
214
1
idman.biz

2Mənbələr