AZ

Elvin Abbasov: Süni intellektin gələcəkdə daha çox sahədə tətbiq ediləcəyi gözlənilir

Bu gün elm dünyasının əsas hədəfi insanlar kimi düşünən və qərar verən, hətta onlardan daha ağıllı, süni intellektli robotlar istehsal etməkdir. Süni intellekt adətən insan zəkasını tələb edən vəzifələri yerinə yetirə bilən kompüter sistemlərinin inkişafına aiddir. Bu vəzifələrə öyrənmə, əsaslandırma, problem həll etmə, qavrayış və dili anlama daxildir.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov isə “Sherg.az”a açıqlamasında bildirib ki, süni intellekt (AI), kompüterlərin və robotların insan zəkasına bənzər vəzifələri yerinə yetirməsinə imkan verən bir texnologiyadır:

“Bu sahə, maşın öyrənməsi, təbii dil emalı və dərin öyrənmə kimi müxtəlif texnologiyaları əhatə edir. AI, insan zəkasına bənzər şəkildə öyrənmə, qərar vermə və problem həll etmə qabiliyyətinə malikdir. Süni intellektin gələcəkdə daha çox sahədə tətbiq ediləcəyi gözlənilir. Məsələn, Xəstəliklərin diaqnozu və müalicəsi, tibbi görüntülərin analizi.  Fərdi tədris proqramları, avtomatlaşdırılmış qiymətləndirmə sistemləri. Fırıldaqçılığın aşkarlanması, maliyyə analizləri. Avtomatlaşdırılmış istehsal xətləri, keyfiyyət nəzarəti. Avtonom avtomobillər, trafik idarəetmə sistemləri. Film və oyun yaradılması, fərdi məzmun tövsiyələri.

Ekspert süni intelektin müsbət tərəflərini qeyd edib: 
"Süni intellekt təkrarlanan vəzifələri avtomatlaşdıraraq insan əməyini azaldır və məhsuldarlığı artırır. Böyük məlumat dəstələrini analiz edərək daha dəqiq qərarlar qəbul etməyə kömək edir. Təhlükəli işləri yerinə yetirərək insanları risklərdən qoruyur".

Ekspertin sözlərinə görə Süni intelektin mənfi tərəfləri isə bunlardır:
"Avtomatlaşdırma nəticəsində bəzi iş yerləri itirilə bilər. Böyük məlumatların toplanması məxfiliyin pozulmasına səbəb ola bilər. Süni intellektin istifadəsi ilə bağlı etik problemlər ortaya çıxa bilər".

E.Abbasov qeyd edib ki, süni intellekt bəzi iş yerlərini əvəz edə, eyni zamanda yeni iş imkanları da yarada bilər:
"Məsələn, süni intellekt texnologiyalarının inkişafı ilə bağlı yeni iş sahələri yaranır. İnsanlar yeni bacarıqlar öyrənərək bu sahələrdə işləyə bilərlər. Əsas məsələ, insanların bu dəyişikliklərə uyğunlaşması və yeni bacarıqlar qazanmasıdır. 
Nəticə etibarı ilə süni intellektin inkişafı, cəmiyyətin müxtəlif sahələrində böyük dəyişikliklərə səbəb olacaq. Bu texnologiyanın müsbət və mənfi tərəflərini nəzərə alaraq, onun istifadəsini düzgün idarə etmək vacibdir. Valideynlər, təhsil müəssisələri və işəgötürənlər bu prosesdə mühüm rol oynayır. Onlar insanların yeni texnologiyalara uyğunlaşmasına kömək etməlidir. Süni intellektin inkişafı ilə bağlı ən böyük çətinliklərdən biri, etik məsələlərin və işsizlik problemlərinin həll edilməsidir. Bu sahədə davamlı təhsil və yeniliklərə açıq olmaq, cəmiyyətin bu texnologiyadan maksimum fayda əldə etməsinə kömək edəcək”.
Seçilən
23
sherg.az

1Mənbələr