AZ

“Gürcüstanda baş verən hadisələrə Rusiya qarışmayacaq” - Peskov

“Gürcüstandakı mitinqlərdə Ukraynadakı kimi ölkədə “narıncı inqilab” etmək cəhdinin bütün əlamətləri var”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Gürcüstanda mövcud vəziyyət ölkənin daxili işidir və Rusiya onlara qarışmayacaq. 

Peskov qeyd edib ki, Gürcüstandakı mitinqlərin Ukraynadakı “Maydan” hadisələri ilə birbaşa paraleli var. 

O, əlavə edib ki, Gürcüstan hakimiyyəti ölkədə vəziyyəti sabitləşdirmək üçün bütün tədbirləri görür.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr