AZ

Suriyada son vəziyyət: Suriya Milli Ordusu Təl Rıfata daxil olub, Rusiya təyyarələri müxalifəti bombalayır, Kürdlər təxliyə edilir


7NEWS.az xəbər verir ki, noyabrın 28-də Heyət Təhrir əş-Şamın (HTŞ) başçılıq etdiyi müxalif qrupların Hələbə qarşı Əsəd qüvvələrinə qarşı başlatdığı hücumdan sonra Suriyada qarşıdurmalar davam edir. Silahlı qruplar Hələbin böyük hissəsini və İdlibin hamısını nəzarətə götürsə də, Həmaya doğru irəliləyiş davam edir. Suriya Milli Ordusu YPG-nin nəzarəti altında Təl Rıfata daxil olarkən, Rusiya təyyarələri Suriya döyüş təyyarələri ilə birlikdə müxalifləri bombalayır. Son hava hücumunda 11 mülki vətəndaş həyatını itirib. Dəməşqdə Əsədə qarşı hərbi çevriliş cəhdi iddiaları hələ də gündəmdədir. Bu arada ABŞ, Fransa, Almaniya və Böyük Britaniya birgə bəyanatla çıxış edərək Suriyanın rəhbərliyi ilə münaqişənin siyasi yolla həllini istəyib. Hərbi mənbələr, Haşd əş-Şaabi də daxil olmaqla, İran tərəfdarı olan şiə silahlıların Əsəd qüvvələrinə kömək etmək üçün İraqdan Suriyaya daxil olduğunu açıqlayıb. ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri Hələbdəki kürdləri təxliyə etməyə başladıqlarını açıqlayıb.
Seçilən
18
7news.az

1Mənbələr