AZ

Suriyada erməni öldürüldü

Suriyada snayperin açdığı atəş nəticəsində bir erməni öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə “Gandzasar” məlumat yayıb.

Qeyd olunur ki, dünən Hələbdən Salamiyaya gedərkən yaralanan 66 yaşlı Yervand Arslanyan bu gün Həma xəstəxanasında dünyasını dəyişib.

Xatırladaq ki, noyabrın 27-də “Cəbhət ən-Nusra” silahlıları atəşkəs razılaşmasını pozaraq Suriyanın Hələb və İdlib əyalətlərinə hücum edib və bu, şiddətli toqquşmalara səbəb olub.

Seçilən
4
publika.az

1Mənbələr