Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada növbəti əməliyyatı nəticəsində axtarışda olan PKK\YPG-nin sözdə terror başçılarından biri olan Yaşar Çekiki Tel Rıfat bölgəsində zərərsizləşdirib.
Məlumata görə, sözügedən terrorçu Türkiyə, İraq və Suriyada Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı törətdiyi terror aktlarına görə Daxili İşlər Nazirliyinin Axtarılan Terrorçular Siyahısının qırmızı kateqoriyasında yer alırdı. O, həmçinin İnterpol tərəfindən də qırmızı bülletenlə axtarılırdı.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, 1993-cü ildə separatçı terror təşkilatına qoşulan terrorçu 2010 və 2011-ci illərdə Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda ümumilikdə 31 əsgərin şəhid olduğu aksiyaları planlaşdırıb və təlimatını verib.
Qeyd edilib ki, Y.Çekik MİT-in prioritet hədəf siyahısında idi. Terrorçu uzun müddət idi izlənilirdi.