AZ

BMU komandalarının startapları Astanada təqdim olunub - FOTO

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “TikTok”un birgə təlim proqramı olan “TikTok Startup Academy”ə seçilən Bakı Mühəndislik Universitetinin (BMU) məzun və tələbələrinin startapları Astanada təqdim olunub. 

"Unikal" xəbər verir ki, BMU-nun “Proseslərin avtomotlaşdırılması” ixtisasının məzunu Niyyət Rzayevin layihə rəhbəri olduğu “A4TB” (All for the Best) komandası və “İnformasiya texnologiyaları” ixtisasının 4-cü kurs tələbəsi Altun Tarverdiyevin layihə rəhbəri olduğu “Ferma AI” komandasının hazırladığı startaplar “TikTok Startup Academy” iştirakçıları tərəfindən maraqla qarşılanıb. 

“Ferma AI” “Agriculture” sahəsində problemlərin həllini bacaran süni intellekt layihəsidir.  “A4TB” layihəsi isə AI əsaslı interaktiv xəritə, Route Optimization və Bonus sistemini özündə ehtiva edir. Bu layihə insanlar üçün “Scooter” və elektrikli nəqliyyat vasitələrinə yeni texnologiyalar əsasında əlçatanlıq yaradır. 

Komandalar təlimin final mərhələsi çərçivəsində, həmçinin "TikTok" platforması üçün marketinq bacarıqlarını təkmilləşdirən və ingilis dilində keçirilən vörkşoplara qatılıb, marketinq strategiyalarını nümayiş etdiriblər.

Seçilən
46
1
unikal.az

2Mənbələr