“Ermənistan” fraksiyasından ayrılaraq, müstəqil deputat fəaliyyətinə başlayan Geqam Nazaryan partiyadaşları ilə yollarının ayrılmasına səbəb olan insidentdən danışıb.
Axar.az xəbər verir ki, o, mediaya açıqlamasında “Nikol Paşinyanı bağışlayıram” sözlərinin əqidə yoldaşları arasında birmənalı qarşılanmadığını bildirib.
Nazaryan hələ də müharibəyə görə Nikol Paşinyanın günahkar olduğunu xatırladıb, buna baxmayaraq, baş nazirin bu məsələdə tək olmadığını, bu istiqamətdə irəli gediləcəyi halda yeni bir fəlakətlə qarşılaşacaqlarını, buna görə də Nikolu bağışladığını deyib.
O, müharibədən sonra Paşinyanla görüşmədiyini də vurğulayıb.
Qeyd edək ki, Geqam Nazaryan “fikir ayrılığına görə” R.Köçəryanın “Ermənistan” blokundan ayrılıb.