19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib.
İdman.biz xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığmamız son matçında Kiprlə qarşılaşıb.
İlk turda İsveçrədən 8, ardınca Estoniyadan 3 cavabsız qol buraxan millimiz bu dəfə də meydandan xalsız ayrılıb. Həbib Ağayevin yetirmələri qrup oyunlarının meydan sahibi ilə matçda da darmadağına üzülüblər – 0:3.
Beləliklə, hər üç oyunda böyükhesablı quru məğlubiyyət alan yığmamız qrupda sonunu yeri tutub. Millimiz üç görüşdə ümumilikdə 14 top buraxıb.
Qeyd edək ki, qrupun digər görüşündə Estoniya və İsveçrə qarşılaşıb. Sonuncular 2:0 hesabı ilə qalib gəliblər.
Avropa çempionatının seçmə mərhələsi
B liqası, 5-ci qrup
III tur, 2 dekabr
13:00. Azərbaycan (U-19) – Kipr (U-19) – 0:3
Qollar: Sofiya Viktoriya Makbet, 12, Andrea Rose Kusik, 41, Sofiya Kristina Milona, 82
“Peyia Municipal” stadionu
1 | İsveçrə | 3 | 3 | 0 | 0 | 13-0 | 9 |
2 | Estoniya | 3 | 2 | 0 | 1 | 6-2 | 6 |
3 | Kipr | 3 | 1 | 0 | 2 | 3-6 | 3 |
4 | Azərbaycan | 3 | 0 | 0 | 3 | 0-14 | 0 |
İdman.biz