AZ

İki ölkədən Əsədə dəstək: Suriyaya qoşun yeritdilər

Suriyada vəziyyətin gərginləşməsindən sonra İran xarici işlər naziri Abbas Əraqçi Türkiyəyə gəlib. O, artıq Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Teleqraf.com xəbər verir ki, Tehran Bəşər Əsəd hökumətini qətiyyətlə dəstəkləyəcəyini bəyan edib.

Bəs İran Suriyaya hərbi qüvvə göndərəcəkmi? İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü Məhəmməd İsmayıl Kövsəri deyib ki, Tehranın Suriyaya qoşun göndərib-göndərməyəcəyi bölgədəki durumdan asılıdır.

Hazırda mövzu ilə bağlı Tehranda məsləhətləşmələrin aparıldığı qeyd edilir. Bununla belə, İranın Suriyadakı proksiləri vasitəsilə artıq Əsəd rejiminə dəstək verdiyi məlumdur.

“Röyter” Agentliyi Dəməşq rəsmilərinə istinadla İranın ilk bölmələrinin İraqdan Suriyaya daxil olduğunu yazıb. Mənbənin məlumatına görə, Tehran İraqdakı proksi qüvvələrini də Suriyaya yönəldib. Qrupların Suriyanın şimalında mühasirədə olan Suriya ordusuna dəstək verəcəyi bildirilib.

Kremlin sözçüsü Dmitri Peskov da Suriya Prezidenti Bəşər Əsədi dəstəkləməyə davam edəcəklərini açıqlayıb. Peskov Rusiyanın bəzi bölgələri ələ keçirən müxalif qüvvələrin hərəkətlərini diqqətlə izlədiyini və gələcək addımların yerdəki durumun təhlillərinə əsasən atılacağını söyləyib.

Peskov vurğulayıb ki, Rusiya öz mövqeyini hadisələrin gedişatına uyğun müəyyən edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
21
21
teleqraf.com

10Mənbələr