AZ

Azərbaycanda əcnəbilərin bank kartları ilə apardıqları əməliyyatların həcmi məlum olub

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əcnəbilər bank kartları ilə 2.1 milyard manat əməliyyatlar aparıblar.

Bu barədə Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac İcmalı”na istinadən xəbər verir.

“2024-cü ilin yanvar-oktyabr aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 2.1 milyard manat, yalnız oktyabr ayında isə 252.7 milyon manat dəyərində əməliyyat aparılıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricinin həcmi 23.4% çoxdur.

Fuad Mədətov
Fins.az

Seçilən
9
3
fins.az

9Mənbələr